AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pekində “narıncı” təhlükə xəbərdarlığı elan edildi - Son dəqiqə

  • + A
  • - A
  • 30-10-2023, 20:37

    Pekində “narıncı” təhlükə xəbərdarlığı elan edildi -



    Çinin paytaxtı Pekində hava çirklənməsi səbəbindən “narıncı” təhlükə xəbərdarlığı elan edilib.
    Azadmedia.az xəbər verir ki, bir çox məhdudiyyəti əhatə edən xəbərdarlıq oktyabrın 30-da günortadan sonra qüvvəyə minib. Dördpilləli sistem üzrə ən yuxarı 2-ci səviyyədə olan “narıncı” xəbərdarlıq adətən 3 ardıcıl orta və 2 ardıcıl yüksək səviyyədə hava çirklənməsi halında elan edilir. Noyabrın 4-dək davam edəcək xəbərdarlıq müddətində atmosferi nisbətən çox kirlədən avtomobillərin şəhərdə hərəkəti qadağan edilib.

    Qeyd edək ki, Pekinin ekologiya və ətraf mühit bürosu uşaqlara, yaşlılara, respirator xəstəliklərdən əziyyət çəkənlərə və ürək xəstəliyi olanlara açıq havaya çıxmamağı tövsiyə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR