Oktyabrın 7-də baş verən zəlzələlərlə əlaqədar Avropa İttifaqının (Aİ) yaratdığı humanitar hava körpüsü vasitəsilə Əfqanıstana 92 ton humanitar yardım tədarük edilib. Azadmedia.az xəbər verir ki, Aİ Komissiyasının məlumatında deyilir: “Oktyabrın 7-də Əfqanıstanın qərb hissəsində baş verən bir sıra zəlzələlərdən sonra, bu gün Aİ-nin ilk humanitar təyyarəsi Herata enib və zəlzələ nəticəsində zərər çəkmiş əhaliyə yardım məqsədilə 92 tonluq zəruri ləvazimat çatdırıb”.
Qeyd edək ki, yaxın vaxtlarda Brindizi və Dubaydan Herat və Kabilə ikinci və üçüncü reyslərin təşkil edilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.