AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirliyin vəzifəli şəxslərinin gələn ay bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqləndi

  • + A
  • - A
  • 31-10-2023, 09:49

    Nazirliyin vəzifəli şəxslərinin gələn ay bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqləndi


    Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

    Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

    Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçiriləcək.

    Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

    Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

    Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2023-cü ilin noyabr ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR