“Tesla” ildə 200 min ədəd elektrikli pikap - “Cybertruck” istehsal etməyi hədəfləyir. Azadmedia.az “Reuters”ə istinadla xəbər verir ki, bunu “Tesla”nın baş icraçı direktor İlon Mask bildirib. Belə ki, Şirkət daha əvvəl “Tesla”nın ildə 125 mindən çox “Cybertruck” istehsal etmək gücünə malik olduğunu, Mask isə 2025-ci ildə onu 250 minə çatdırmaq potensialının olduğunu açıqlamışdı.
Qeyd edək ki, qeyri-adi dizaynı ilə fərqlənən pikapın ən bahalı variantı əlavə enerji yüklənmədən 800 kilometr məsafə qət edə bilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.