Sudanda 3 milyona yaxın uşaq didərgin düşüb.
Azadmedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondu – UNICEF-in Sudan ofisinin “X” sosial media platformasında verilən açıqlamada bildirilir: “Sudanda davam edən vətəndaş müharibəsi üzündən 3 milyon uşağın evindən didərgin düşüb ki, bu, dünyada ən yüksək rəqəmdir.
Qeyd edək ki, müharibənin daha da şiddətlənməsindən zorakılıq və istismar riski ilə üzləşən uşaqlar evlərini tərk etməyə məcbur qalır. Savaş dayandırılmalıdır ki, uşaqlar təhlükəsiz və sağlam böyüsünlər, oxusunlar, oynasınlar, öyrənsinlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.