ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadını - admiral Liza Françetti təyin edib. Azadmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Belə ki, admiral Liza Françetti eyni zamanda Birləşmiş Ştatlarda Birləşmiş Qərargah Rəislərində xidmət edən ilk qadın olub.
Həmçinin General Devid Elvin isə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, hər iki hərbçinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.