AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“BMT də bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirəcək“ - Quttereş

  • + A
  • - A
  • 3-11-2023, 09:21

    “BMT də bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirəcək“ -


    Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş heç bir Afrika ölkəsinin süni intellektə hazırlıq baxımından dünyanın ilk 50 ölkəsi arasında olmadığını bildirərək, süni intellektin yaradacağı bərabərsizliyə diqqət çəkib. Azadmedia.az xəbər verir ki, o, bu fikirləri İngiltərədə keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammitində çıxışı edərkən səsləndirib.

    “Gələcək bugünkü qədər yavaş olmayacaq”,- deyən Quterreş qeyd edib ki, süni intellektin əldə etdiyi sürət gözlənilməz səviyyədədir. Süni intellektdən yaranan risklərin müxtəlif olduğunu vurğulayan BMT-nin Baş katibi bildirib ki, süni intellektin yeni prinsiplərə ehtiyacı yoxdur və süni intellektə hazırlıq baxımından ilk 50 ölkə arasında Afrika ölkəsi yoxdur.
    Risklərə qlobal baxışın zəruriliyinə diqqət çəkən Antonio Quterreş BMT-nin bununla bağlı atdığı addımlara da toxunub. Yaradılan məsləhət şurasının bu sahədə aparılan işləri əlaqələndirdiyini deyən Baş katib ilin sonunda şuranın tövsiyələrini açıqlayacağını bildirib: “BMT də bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR