AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sədərək” gömrük postunda yaranmış sıxlığın səbəbləri AÇIQLANDI

  • + A
  • - A
  • 3-11-2023, 14:43

    “Sədərək” gömrük postunda yaranmış sıxlığın səbəbləri AÇIQLANDI

    “Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır”.

    Bu fikirlər sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı yayılan iddialara Dövlət Gömrük Komitəsindən aydınlıq gətirilərkən bildirib.

    Komitənin məlumatında qeyd edilir ki, hazırda “Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir:

    “Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar ümumiyyətlə həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır”.

    Qeyd edək ki, Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR