AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səhiyyə xidmətlərinə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır - ÜST

  • + A
  • - A
  • 3-11-2023, 14:46

    Səhiyyə xidmətlərinə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır -


    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus oktyabrın 7-dən bəri işğal altındakı Fələstin torpaqlarında sağlamlıq mərkəzlərinə 218 hücum edildiyini təsdiqlədiklərini qeyd edib.
    Azadmedia.az xəbər verir ki, ÜST-nin həftəlik mətbuat konfransında danışan Gebreyesus İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan qarşıdurmalar nəticəsində 8 min 500-dən çoxu Qəzzada, 1400-ü İsraildə 10 mindən çox insanın həyatını itirdiyini bildirib.
    Belə ki, Gebreyesus "Qəzzada 21 mindən çox insan yaralanıb, 1 milyon 400 mindən çox insan isə didərgin düşüb. Qəzzada vəziyyət sözlə ifadə edilə bilməz. Xəstəxanalar dəhlizlərdə yatan yaralılarla, meyitxanalar dolub-daşır. Həkimlər anesteziyasız əməliyyatlar edirlər" deyib.

    Həmçinin ÜST-nin indiyədək səhiyyə xidmətlərinə 237 hücumu təsdiqlədiyini qeyd edən Gebreyesus, bunlardan 218-nin işğal olunmuş Fələstin torpaqlarında, 19-nun isə İsraildə baş verdiyini bildirib:

    "Səhiyyə xidmətlərinə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır. Qəzza zolağında 36 xəstəxanadan 14-ü işlək vəziyyətdə deyil. Xəstəxanaların funksionallığına qida çatışmazlığı, təmiz su və generatorlar üçün yanacağın olmaması təsir edir. Səhiyyə sahəsində ehtiyacı artdıqca bu ehtiyacları ödəmək imkanımız azalır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR