Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisə zamanı üç nəfər kəsici alətlə bir-birinə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azadmedia -a bildirilib ki, noyabrın 3-ü saat 19 radələrində Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Fariz Xaləddin oğlu Aslanov əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.