AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı İrəvandan sülh müqaviləsi üzrə yeni təkliflər paketi ilə bağlı gözləntilərini açıqlayıb

  • + A
  • - A
  • 4-11-2023, 23:54

    Bakı İrəvandan sülh müqaviləsi üzrə yeni təkliflər paketi ilə bağlı gözləntilərini açıqlayıb

    Azərbaycan Ermənistandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi gözləyir. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Annalena Baerbok ilə birgə mətbuat konfransı zamanı deyib.

    “Hazırda rəsmi Bakı İrəvandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi gözləyir. Azərbaycan əvvəlki kimi Ermənistanla dialoqun davam etdirilməsində maraqlıdır”.

    Bundan əlavə, nazir qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır.

    Noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edib.

    Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması əsas prinsiplərə əməl olunmasından asılıdır. Onun sözlərinə görə, söhbət artıq tərəflər arasında razılaşdırılan üç müddəadan gedir.

    Oktyabrın 26-da Ermənistan Nazirlər Kabinetinin rəhbəri Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumu zamanı bildirib ki, Ermənistan və Azərbaycan bir neçə ay ərzində sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalaya bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR