AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə 95 ilin ən isti günlərini yaşayır

  • + A
  • - A
  • 5-11-2023, 17:00

    Türkiyə 95 ilin ən isti günlərini yaşayır

    Türkiyənin bir neçə şəhərində havanın istiliyi mövsüm üçün rekord həddə çatıb.

    Türkiyənin Meteorologiya Baş İdarəsinin məlumatına görə, ölkənin qərbində - Bursada 32 dərəcə isti olub. İstilər güclü küləklə müşayiət olunub.

    Qeyd edilir ki, bu, 1928-ci ildən bəri noyabr ayı üçün mütləq rekord hesab olunur.

    İstanbulda termometrlər 26,7 dərəcə isti göstərib, şəhərdə cənub küləyi müşayiət olunub.
    İzmirdə də havalar isti keçir. Burada son 64 ilin ən isti temperaturu - 30,2 dərəcə isti qeydə alınıb.

    Mənbə: Anadolu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR