ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İsrailə səfər edib. Azadmedia.az xəbər verir ki, bu barədə “Nyu York Times” mənbələrə istinadən məlumat yayıb. Belə ki, məlumata görə, Börns səfər zamanı ölkənin kəşfiyyat ictimaiyyətinin rəhbərliyi və nümayəndələri ilə görüşüb.
Qeyd olunub ki, “Börns İordaniya və bir sıra başqa ölkələrə də səfər edəcək. Əvvəllər ABŞ-ın Əmmanda səfiri vəzifəsində çalışmış Börnsün İordaniya kralı II Abdullahla yaxşı münasibətləri var”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.