ABŞ Hərbi Dəniz Qüvvələri "Ohayo" sinifli nüvə sualtı qayığının Orta Şərqə çatdığını bildirib.
Belə ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" platformasından etdiyi paylaşımda "5 noyabr 2023-cü ildə "Ohayo" sinifli sualtı qayığı ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatdı" deyilib.
Qeyd edək ki, ABŞ 7 oktyabr 2023-cü il tarixindən etibarən İsrail-HƏMAS münaqişəsi çərçivəsində bölgəyə iki təyyarə daşıyan gəmi göndərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.