AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda Zəfər günü qeyd edilib - FOTOLAR

  • + A
  • - A
  • 8-11-2023, 16:10

    Masallı rayonunda Zəfər günü qeyd edilib -



    Masallı, 8 noyabr — Azadmedia.az

    Masallı rayonunda Zəfər günü qeyd edilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, tədbirdə Masallı Rayonu İcra Hakimiyyəti başçısı Araz Əhmədov, Milli Məclisin deputatları - Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq-mühafizə orqanları rəhbərləri, şəhid anaları, Vətən Müharibəsi qaziləri, müharibə iştirakçıları, rayon ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

    Belə ki, tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin heykəlini ziyarət edib gül dəstələri qoyduqdan sonra Şəhidlərin əbədi xatirəsinə ucaldılan Qəhrəmanlar Parkı ziyarət edilib.

    Daha sonra Zəfər Qələbəsinin rəmzi olan "Dəmir Yumruq" abidəsi önündə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    8 Noyabr – Zəfər Günü ilə bağlı olaraq, tədbir iştirakçıları bir-birilərini təbrik edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu möhtəşəm qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına və xalqımızın birliyi hesabına qazanıldığını vurğulayıblar.

    Qeyd edək ki, sonra Heydər Əliyev Mərkəzində tədbir rəsmi hissə ilə davam edib.


    Bütün şəhidlərin ruhu şad olsun! Qazilərimizə və döyüşçülərimizə cansağlığı arzulayıram.
    Yaşasın bu qələbəni bizə yaşadan Ali Baş Komandan və onun Müzəffər Ordusu, onların arxasında yumruq kimi birləşən Azərbaycan xalqı!






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR