Oktyabrın 7-dən HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə onsuz da sabit olmayan vəziyyət yenidən gərginləşdi. HƏMAS-ın qəfil hücumuna İsrail artilleriya, aviasiya zərbələri və quru hücumları ilə cavab verdi. Demək olar, hər gün Qəzza aviasiya bombalarından, müxtəlif qanadlı raketlərdən atəşə tutulur. Qəzza dağılıb, ölənlərin sayı 10 mini ötüb, onların da yarısı uşaqdır. Yüzminlərlə insan evlərini tərk edir.
İsrail rəsmiləri açıqlamalarında dəfələrlə bildiriblər ki, HƏMAS tamamilə məhv edilməyənə kimi əməliyyatı dayandırmayacaqlar. İsrailin bu açıqlamalarına ABŞ və bir sıra Qərb ölkələri də dəstək verir. Bu dəstək təkcə həm də irimiqyaslı hərbi yardımlarda özünü göstərir.
Amma özünü müsəlmanların hamisi hesab edən İran bu münaqişə alovlanan gündən bəri yalnız hədələrlə çıxış edir. Uzun illərdir İsraili yer üzündən silməklə hədələyən İran heç bir əməli addım atmır və ya atmaq istəmir. Qəzza darmadağın olub, məscidlər uçurulur, hər gün yüzlərlə uşaq, qadın, qoca öldürülür, amma İran heç bir müdaxilə etmir. İranın dəstəklədiyi və maliyyələşdirdiyi Hizbullah isə yoxdur. İsraillə sərhəddə kiçik toqquşmadan başqa Hizbullahın heç bir əməli fəaliyyəti gözə dəymir.
Əslində Hizbullahın İsrailə savaş elan etmək üçün kifayət qədər hərbi gücü var və bunu dəfələrlə göstərib. İsrailə qarşı ikinci cəbhəni açmaqla Hizbullah dünyaya həqiqətən də müsəlmanları qoruduğunu göstərə bilərdi. İranın diktəsi ilə oturub-duran Hizbullah bunu etmək istəmir və etməyəcək də. Zatən islam, müsəlman dünyası İran üçün hər zaman bir vasitə olub. Məqsəd bəllidir: Düşmən obrazı yaradıb İran xalqına göstərmək və bununla vətəndaşlarını əsarətdə saxlamaq və qonşu ölkələrdə münaqişə ocaqları yaratmaqla böyük təhlükəni sərhədlərindən uzaqlaşdırmaq. Məsələ olduqca sadədir. İran Fələstin xalqından, HƏMAS-dan bunun üçün istifadə edir. Əslində HƏMAS-a maddi-texniki və hərbi dəstəyin verilməməsinin səbəbi İranın bu hərəkatdan xilas olmaq istəməsidir. İran dünyaya özünü HƏMAS-ın dəstəkçisi kimi göstərsə də, pərdə arxasında ABŞ və İsraillə əməkdaşlıq edir.
HƏMAS-a gedən silah-sursatın marşrutları barədə İsrail və ABŞ-a məlumatlar İran tərəfindən Qətərin paytaxtı Dohadakı şəbəkə vasitəsilə ötürülür. HƏMAS-ın maliyyə mənbələrinin çökdürülməsində də İran kəşfiyyatı mühüm rol oynayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.