ABŞ Ukraynaya bütün dəstək sahələrinə ayrılan vəsaitin 96%-ni artıq xərcləyib. Belə ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Həmçinin Kirbinin sözlərinə görə, söhbət təkcə hərbi ehtiyaclar üçün deyil, həm də Ukraynaya iqtisadi, maliyyə və humanitar yardımların göstərilməsi üçün ayrılan pullardan gedir.
Qeyd edək ki, “Sırf hərbi yardıma gəlincə, ayrılan vəsaitin 90%-dən çoxu bu sahəyə xərclənib. ABŞ Müdafiə Nazirliyinin ixtiyarında hələ də ordunun anbarlarından Ukrayna ordusuna göndərilən silahları əvəz etmək üçün təxminən 1,1 milyard dollar var”, - deyə Kirbi vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.