Hindistandan Ermənistana 60 mindən çox işçi gəlib. Yeni Dehli ilə İrəvan arasında birbaşa aviareys açılsa, Hindistandan gələnlərin sayı kəskin artacaq.
Azadmedia.az xəbər verir ki, bunu Ermənistanın İşəgötürənlər İttifaqının sədri Qagik Makaryan deyib. Belə ki, o bildirib ki, Hindistanda aylıq 25-100 dollar arası qazanc əldə edənlər, ya da iş tapa bilməyənlər Ermənistana üz tutur:
“Lakin onlar Ermənistanda Hindistanla müqayisədə bir neçə dəfə çox qazanırlar və çox təvazökar yaşadıqlarından, maaşlarının böyük hissəsini ailələrinə göndərirlər. Onlar əsasən qida çatdırılması, tikinti, təmizlik sektorlarında çalışırlar. Həmçinin, yoqa kursları da təklif edirlər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.