İtaliya donanmasına məxsus xəstəxana gəmisi Qəzzada yaralılara tibbi yardım göstərilməsi üçün bölgəyə yola düşüb. Azadmedia.az xəbər verir ki, İtaliyanın müdafiə naziri Quido Krosetto ölkəsinin Fələstin xalqına yardımlarını davam etdirdiyini, gəminin müharibədən zərər çəkmiş bölgələrə yaxın ərazidə olacağını bildirib.
Qeyd edək ki, “Gəmidə ümumilikdə 170 personal olacaq və onlardan 30-u fövqəladə vəziyyətlərin idarə olunmasında ixtisaslaşan peşəkar mütəxəssisdir”, - deyə nazir əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.