Qəzza zolağında humanitar atəşkəsə dair razılaşma yaxın vaxtlarda əldə oluna bilər. Azadmedia.az xəbər verir ki, bu barədə Misir təhlükəsizlik xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail hakimiyyəti radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların bir qisminin azad edilməsi müqabilində hərbi əməliyyatların müvəqqəti dayandırılmasına razılıq verib. Humanitar fasilə zamanı anklavdakı sakinlərə yardımların çatdırılması da nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.