ABŞ Hərbi Hava Qüvvələrinin B-21 "Raider" bombardmançı təyyarəsi ilk uçuşunu edib.
Azadmedia.az “Reuters”ə istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələrinin rəhbərləri “B-21”-in ilk uçuşunu açıqlamayıblar. Belə ki, Sələfi “B-2” ilə eyni uçan qanad formasında olan “B-21” uzaqmənzilli və havada yanacaq doldurma imkanlarından istifadə etməklə həm adi, həm də nüvə silahlarını daşıya biləcək.
Qeyd edək ki, təyyarənin birinin təxminən 750 milyon dollara başa gələcəyi proqnozlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.