Çinin Milli Müdafiə Nazirliyi Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının üzvü olan beş ölkə ilə bu ay terrorizmlə mübarizə və dəniz təhlükəsizliyinə yönəlmiş birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb.
Azadmedia.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, "Aman Youyi 2023" təlimi noyabrın ortalarından sonuna qədər Cənubi Çinin Quandun əyalətinin Janciang sahillərində keçiriləcək. Belə ki, təlimdə ASEAN üzvləri Malayziya, Tailand, Vyetnam, Kamboca və Laosun hərbi birləşmələri də iştirak edəcək.
Qeyd edək ki, təlim regional sülh və sabitlik üçün iştirakçı ölkələr arasında şəhər və dəniz mühitində terrorizm və dəniz quldurluğu ilə mübarizə imkanlarını gücləndirmək məqsədi daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.