İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq.
Şərqi Azərbaycan əyalətinin Regional Su İdarəsinin rəisi Yusif Qafarzadə deyib:
“İran-Azərbaycan sərhəd məntəqəsində yerləşən “Qız Qalası” bəndi 2 ay ərzində tamamlanıb istifadəyə veriləcək. Gələn ay İran və Azərbaycan arasında ən böyük olan bu su bəndinin açılışına hazırlıq məqsədilə qeyri-rəsmi istismara başlanacaq”, - deyə, o, əlavə edib.
Onun sözlərinə görə, Araz çayı üzərində Qız Qalası su bəndinin tikintisi ilə 2 milyard kubmetr suyun verilməsi mümkün olacaq və burada hər iki ölkənin 50% payı var.
Məlumata görə, bəndin tikintisinə 2005-ci ildən başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.