AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Onlar vətən yolunda gözlərini qurban verərək vətənin gözü olublar”

  • + A
  • - A
  • 13-11-2023, 21:46

    “Onlar vətən yolunda gözlərini qurban verərək vətənin gözü olublar”

    13 noyabr 2023-cü il tarixində saat 11:00 da “ Flame Towers” İMAX -da Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən hazırlanmış 44 günlük Vətən müharibəsi zamanı hər iki gözünü itirmiş Kamran Baxşızadə və Rəhman Nuriyev haqqında çəkilmiş filmlərin təqdimatı olub.

    Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, gözdən əlil qazilər və onların ailə üzvləri, dostları KİV nümayəndələri iştirak edib.

    Tədbirlə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev qazilərimizin Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkib, habelə, Kamran Baxışzadə və Rəhman Nuriyevin igidliyindən söz açıb:

    “2020-ci ilin 44 günlük Vətən müharibəsində qazilərimizin misilsiz qəhrəmanlıqlar göstərdiyi, öz igidlikləri, rəşadət və cəsarətləri ilə düşməni dəhşətə gətirdiyi hər kəsə məlumdur. Bu, bütün dünya ictimaiyyətinin şahid olduğu, heyrətlə izlədiyi yaxın tarixi gerçəklikdir.

    Müharibədə öz qəhrəmanlığı ilə tarix yazan igidlərimizdən biri də Kamran Baxışzadə və Rəhman Nuriyev olub. Onlar erməni faşizmi ilə ölüm-dirim mübarizəsində öz gözlərini vətənin azalığına qurban verməklə vətənin gözü olublar. Bugünkü tədbir, bu tədbirə olan maraq, qəhrəmanlarımıza olan sevgi və ehtiram eyni zamanda onu sübut etdi ki, bu gün hər bir azərbaycanlı həm də gözlərini Vətən müharibəsinə itirən qazilərimizin görən gözüdür. Xalqımız nəinki öz qəhrəmanlarını tanıyır və sevir, həm də onların yanında olmağı, onlara dəstək olmağı öz mənəvi borcu hesab edir. Bu, olduqca qürurvericidir.

    Mən qazilərimizlə bağlı bu cür dəyərli filmin ərsəyə gəlməsində təşkilatımıza verdiyi dəstəyə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu film illər sonra da qazilərimizi gələcək nəsillərə tanıtmaq, onların qəhrəmanlığını təbliğ etmək baxımından faydalı olacaq, hər zaman öz aktuallığını qoruyub saxlayacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR