AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı Şengen vizası ilə bağlı nəzərdə tutan qaydaları təsdiqləyib - KİV

  • + A
  • - A
  • 14-11-2023, 08:36


    Avropa İttifaqı Şengen vizası ilə bağlı nəzərdə tutan qaydaları təsdiqləyib -


    Avropa İttifaqı Şengen vizasına müraciətlərin onlayn şəkildə həyata keçirilməsini nəzərdə tutan qaydaları təsdiqləyib. Azadmedia.az xəbər verir ki, Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qaydalara əsasən, pasportlara yapışdırılan viza stikerini artıq kriptoqrafik barkod əvəz edəcək. Viza ilə bağlı barkodu mobil cihazlara yükləmək mümkün olacaq.
    Belə ki, müraciətlər vahid internet platforması üzərindən və müxtəlif dillərdə həyata keçiriləcək. Tələb olunan sənədlərin rəqəmsal surətləri bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu da onlayn formada ödəniləcək.

    Qeyd edək ki, platforma Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə ahəngdar işləyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR