Humanitar yardım daşıyan 98 yük maşını bazar ertəsi günü “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub. Azadmedia.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi X sosial şəbəkə səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, 42 yük maşını Qəzzaya ərzaq (963 ton), 14-ü tibbi avadanlıq (176 ton), 19-u su (380 ton), 15-i müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün zəruri olan əşya (225 ton), 8 maşın isə qarışıq yük (137 ton) daşıyıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.