Bakı-Quba ödənişli yolunda tariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vahid Əhmədov deyib.
Deputat qeyd edib ki, azı 2-3 dəfə rayonda olub, amma yolda maşın olmayıb: “Ancaq beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir. Ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidiir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.