Tbilisi beynəlxalq hava limanında sərnişinlər üçün yeni sistem tətbiq olunacaq.
Azadmedia.az xəbər verir ki, aeroportun uçuş zalında sərnişinlərin özlərini sərbəst şəkildə qeydiyyatdan keçirmək üçün köşklər yerləşdirilib. Belə ki, burada quraşdırılmış EASIER aparatı sərnişinlərə uçuşa bir neçə saat qalmış qeydiyyatdan keçmək, oturacaq seçmək və minmə talonu əldə etmək imkanı yaradır.
Qeyd edək ki, qeydiyyat prosedurunu sadələşdirmək məqsədi daşıyan layihə Tbilisi və Batumi beynəlxalq hava limanlarını idarə edən “TAV Georgia” şirkətinə 150 min lariyə başa gəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.