Çin İsrailin Qəzzanın cənubundakı Rəfah bölgəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) qonaq evinə təşkil edilən hücumu pisləyib. Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi gündəlik mətbuat konfransında BMT əməkdaşlarına edilən hücuma görə şoka düşdüyünü bildirib.
Belə ki, hücum nəticəsində həyatını itirən bütün BMT əməkdaşları üçün yas tutduqlarını ifadə edən Mao Ninq deyib: "Zorakılıqla təhlükəsizlik təmin edilə bilməz. Gücdən istifadə daimi sülhün bərqərar olmasına mane olur''.
Mao Ninq vurğulayıb ki, BMT personalının təhlükəsizliyi effektiv şəkildə təmin edilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.