İsrail ordusu ilk dəfə Qəzzanın cənub rayonlarının əhalisini dərhal evlərini tərk etməyə və sığınacaqlarda gizlənməyə çağırıb. Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV- ın məlumat verir.
Belə ki, İsrail təyyarələrindən atılan elanlarda Xan Yunisin şərq məhəllələrinin sakinlərinə müraciət olunur:
"Təhlükəsizliyiniz üçün siz dərhal yaşayış yerlərinizi tərk edib sığınacaqlara getməlisiniz".
Qeyd edək ki, İsrail müharibə başlayandan indiyədək qəzzalıları zolağın şimalından cənubuna köçməyə çağırıb. Hazırda isə əməliyyatlar cənuba yönəlir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.