Fransa Şərqi Qüdsün Qədim şəhər məhəlləsində yaranmış gərgin vəziyyəti dərin narahatlıqla izləyir.
Azadmedia.az xəbər verir ki, bu barədə Fransanın Qüdsdəki konsulluğunun ermənilərlə polis qüvvələri arasında baş vermiş qarşıdurma ilə bağlı məlumatında deyilir.
Belə ki, “Fransa israilli köçkünlərin əhaliyə təzyiq etdiyi Qədim şəhərin erməni məhəlləsində davam edən gərginliyi dərin narahatlıqla izləyir”, - deyə bildirilib.
Qeyd edək ki, ötən gün erməni icmasının nümayəndələri ilə polis qüvvələri arasında növbəti qarşıdurma baş verib. Dörd erməni polis tərəfindən saxlanılıb, bir müddət sonra onlar sərbəst buraxılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.