Amerika Birləşmiş Ştatları daha təmiz enerjiyə keçid və enerji ehtiyatlarını artırmaq üçün Filippinlə nüvə əməkdaşlıq sazişi imzalayıb. Azadmedia.az xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində Filippin Prezidenti kiçik Ferdinand Markos və ABŞ dövlət katibi Entoni Blinken nüvə enerjisi sahəsində əməkdaşlıq paktı imzalayıblar.
Belə ki, Markos burada verdiyi açıqlamada "Biz bilirik ki, nüvə enerjisi 2032-ci ilə qədər Filippinin enerjisinin bir hissəsinə çevriləcək. ABŞ-la birlikdə bu yolu getdiyimiz üçün çox xoşbəxtik" deyib.
Qeyd edək ki, Saziş Filippinə daha təmiz enerjiyə keçid və elektrik təchizatını artırmaq üçün bu ölkəyə sərmayə qoymağa imkan verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.