Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları üzrə Ali Komissarının sözçüsü Ceremi Lorens İsrailin Qəzza zolağındakı işğalını cənuba doğru genişləndirməsinin "ciddi risklər" yaratdığını və mülki əhalinin müdafiəsinin birinci prioritet olduğunu bildirərək, "Hazırda yeganə çıxış yolu müharibəni dayandırmaqdır” deyib.
Azadmedia.az TRT xəbərə istinadən bildirir ki, BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransından sonra Türkiyenin "Anadolu" (AA) xəbər agentliyi müxbirinin "İsrail Qəzza zolağının işğalını cənuba doğru genişləndirməyə hazırlaşır. Bu vəziyyət cənuba mənfi təsir göstərəcək və mülki əhalinin sürgün edilməsində daha böyük bir fəlakət səbəb olacaq. Buna reaksiyanız necədir?" sualına cavab verən Laurens deyib:
"Bizim reaksiyamız, həmişə olduğu kimi, beynəlxalq humanitar hüququn ön planda olmasıdır. Buna görə də, mülki şəxslərin, onların əmlakının və dolanışıq vasitələrinin müdafiəsi birinci yerdə olmalıdır. Amma onlar indi Qəzzanın cənubuna doğru irəliləyirlərsə (İsrail) sonuncu çağırış onları dayandırmaqdır”.
Laurens Qəzzada atəşkəsin vacibliyini vurğulayaraq deyib:
"Burada mülki insanların həyatı təhlükədədir, 10 mindən çox dinc sakinin öldürüldüyünü gördük, bu dəlilikdir. Ölənlərin çoxu qadın və uşaqlardır. Yalnız bir həll yolu var, o da atəşkəsdir. Buna son qoyulmalıdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.