Bolqarıstan 2024-cü ilin martında Rusiyadan xam neft idxalını dayandırmaq niyyətindədir. Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Belə ki, məlumata görə, aparıcı partiyalar arasında əldə olunan razılaşmalara əsasən, Rusiya neftinin idxalı iki mərhələdə dayandırılacaq. 2024-cü il yanvarın 1-dən ixrac kvotaları, martın 1-dən isə Rusiya neftinin idxalı və emalı həmişəlik dayandırılacaq.
Qeyd edək ki, qərarın ölkədə mümkün siyasi böhranın qarşısını almaq üçün verildiyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.