Səudiyyə Ərəbistanında yeni qaz yataqları kəşf edilib.
Azadmedia.azxarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bildirib. O qeyd edib ki, əvvəllər kəşf edilmiş yataqlardakı beş layda da təbii qaz aşkar edilib.
Belə ki, Krallığın Şərq əyalətindəki yataqlarda da başqa qaz ehtiyatları aşkar olunub. Əl-Hiran təbii qaz yatağının kəşfi bu ərazidəki Hənifə anbarından qaz axdıqdan sonra təsdiqlənib. Burada 1 quyu, 30 Milyon standart kub fut (MMSCF) və gündəlik 1600 Barrel Kondensat (BCPD) və Əl-Arab ərazisindəki eyni yataqda 3,1 MMSCF dərəcəsi ilə təbii qaz tapılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.