İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının Kirman əyalətində taktiki təlimləri keçirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Belə ki, təlimlər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Bagiri və İran Ordusunun komandanı general-mayor Əbdülrəhim Musəvinin iştirakı ilə baş tutub.
Qeyd edək ki, generallar SEPAH quru qüvvələrinin döyüş və müdafiə hazırlığını yoxlamaq üçün Kirmana gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.