İsrail hakimiyyəti girovların azad edilməsi ilə bağlı çətin qərar qəbul etməlidir. Bütün təhlükəsizlik strukturları bunu dəstəkləyir. Azadmedia.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib. Belə ki, o bildirib ki, hətta müvəqqəti atəşkəsdən sonra da İsrail ordusu Qəzzada əməliyyatları sona qədər davam etdirəcək.
Qeyd edək ki, bundan öncə ABŞ mediası İsraillə HƏMAS-ın girovların mübadiləsi yönündə ilkin razılığa gəldiyi barədə məlumat yaymışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.