HƏMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib.
Bu barədə HƏMAS-ın "Telegram" səhifəsində qeyd olunb.
Məlumata görə, Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinli əsir müqabilində əksəriyyəti qadını və 19 yaşdan kiçik uşaq olan 50 israillini azad edəcək.
Atəşkəs zamanı İsrail Qəzza zolağının cənub hissəsi üzərində uçuşları tamamilə dayandıracaq, şimalda isə bu, saat 10.00-dan 16.00-a qədər qüvvədə olacaq.
İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.