Bolqarıstan parlamenti milli təhlükəsizliyə və ölkənin müdafiəsinə zəmanət verə bilməməsi ilə bağlı Nikolay Denkovun rəhbərlik etdiyi hökumətə etimadsızlıq votumu barədə qərarı qəbul edə bilməyib.
Azadmedia.az xəbər verir ki, parlament iclasında iştirak edən 226 deputatın 155-i votumun əleyhinə, 71-i isə lehinə səs verib. Hökuməti istefaya göndərmək üçün deputatların yarıdan çoxunun, yəni 240 qanunvericidən ən az 121-nin dəstəyi lazım idi.
Belə ki, nazirlər Kabinetinə etimadsızlıq barədə məsələ qaldıran üç müxalif partiya hesab edir ki, Bolqarıstan hökuməti milli təhlükəsizliyə və ölkənin müdafiəsinə zəmanət verə bilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.