Almaniya 4,8 min hərbçidən ibarət Bundesver briqadasını daimi yerləşdirmə üçün Litvaya göndərəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Almaniyanın Litvadakı səfiri Kornelius Çimerman məlumat verib. Belə ki, onun sözlərinə görə, 200 zəruri mülki heyətin də Litvaya göndərilməsi planlaşdırılır:
“Bundesver qoşunları Litvaya tədricən köçürüləcək. Bu kontingentin addım-addım artırılması daha məntiqlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.