Qarabağdan köçənlərin Ermənistandan kütləvi axını yoxdur.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“İlk günlərdə Qarabağdan köçənlərin Ermənistanı tərk etmə statistikası narahatlıq doğursa da, indi kütləvi mühacirət yoxdur. Çox güman ki, bu vətəndaşların bəziləri müvəqqəti, məsələn, qohumlarına baş çəkmək üçün səfər edib və indi qayıdırlar. Hökumət üçün əsas odur ki, Qarabağdakı evlərinə qayıda bilməyən soydaşlarımız Ermənistanda qalsınlar. Onların işlə təmin olunması məsələsinin həlli çox vacibdir”, - Paşinyan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.