Atəşkəs rejiminin qüvvədə qaldığı dövrdə Misirdən Qəzza sektoruna gündə 130 min litr dizel yanacağı tədarük ediləcək. Azadmedia.az xəbər verir ki, “Al-Ahram” qəzeti bu barədə Misir Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Raşvana istinadla məlumat yayıb.
Belə ki, “Atəşkəs razılaşması çərçivəsində Misirdən Fələstin eksklavına gündə 130 min litr dizel yanacağı və dörd çən maye qaz göndəriləcək”, - deyə Diya Raşvan bildirib. Onun sözlərinə görə, tərəflər arasında saziş qüvvəyə mindiyi tarixdən etibarən Qəzza sektoruna ərzaq, su və dərmanla yüklənmiş 200 avtomobil daxil olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.