AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI ŞUŞA RESPUBLİKA ELMİ KONFRANSI - Özəl

  • + A
  • - A
  • 24-11-2023, 17:33

    TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI ŞUŞA RESPUBLİKA ELMİ  KONFRANSI -


    TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI ŞUŞA
    RESPUBLİKA ELMİ KONFRANSI
    (online və üz-üzə iştirak)

    Şamaxı
    15 dekabr 2023-cü il

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika Elmi Konfransı keçiriləcəkdir.
    Konfransın ADPU-nun Şamaxı filialında hibrid formada keçirilməsi planlaşdırılır. 15 dekabr 2023-cü il tarixində keçiriləcək bu konfrans ümumtürk, o cümlədən Azərbaycanın tarixi, ədəbi mühiti, dilçilik məsələləri, mədəniyyəti, incəsənətinə dair mövzular üzrə araşdırmaları əhatə edəcək. Digər tərəfdən Ulu Öndər Heydər Əliyevin vəsiiyətinə sadiq qalan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-2023-cü illərdə böyük Zəfər tarixi yazan, Azərbaycan xalqı və ordusunun gücünü, Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşanın azad olunmasının tarixi əhəmiyyətini bir daha diqqətə çatdırmaqdır,
    KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ
    Yalnız konfransın təqviminə müvafiq olaraq tezislərini təqdim edən, həmçinin konfransda çıxış edən müəlliflər rəsmi sertifikat əldə edəcək və məqaləsi e-kitaba daxil ediləcək
    Konfrans ödənişsizdir.
    KONFRANSIN MÖVZULARI
    • Şanlı Zəfər tarixi – Qarabağa qayıdış
    • Türk dünyası tarixi müasir mərhələdə
    • Azərbaycan ədəbiyyatı. mədəniyyəti, incənəti: tarix və müasirlik
    • Qarabağ ədəbi-mədəni mühiti
    • Ortaq türk dillərinin inkişaf perspektivləri
    • Qarabağın maddi-mənəvi abidələri
    • Şuşa xarici tədqiqatçıların əsərlərində
    KONFRANSIN TƏQVİMİ
    Tezisin göndərilməsi üçün son gün: 05 dekabr 2023
    Tezisin qəbulunun cavablandırılması üçün son tarix: 10 dekabr 2023
    Konfransın tarixi: 15 dekabr 2023
    Tam mətnin göndərilməsi üçün son tarix: 30 dekabr 2023
    KONFRANSIN İŞÇİ DİLLƏRİ
    Türk, Azərbaycan

    TEZİSİN YAZILMA QAYDALARI
    Kənarlar: 2,5 sm
    Şrift: Times New Roman, 12 punt
    Sətir aralığı: 1.00 sm
    Başlıq: Bütün sözlər böyük hərflərlə yazılır
    Açar sözlər: Ən azı 5
    Söz sayı: ən azı 200-300
    Bundan əlavə, müəllif(lər)in adı və soyadı, ölkə, şəhər, iş yeri, vəzifəsi, elmi dərəcəsi (adı), e-poçt ünvanları, mobil telefon nömrələri və məcburi ORCID nömrələri olmalıdır.
    Tezislər word/doc formatında shushaconf.shamaxif@gmail.com ünvanına ən geci 05 dekabr 2023- cü il tarixinədək göndərilir.

    TAM MƏTNİN YAZILMASI QAYDALARI
    Kənarlar: 2,5 sm
    Şrift: Times New Roman, 12 punt
    Sətir aralığı: 1.00 sm
    Mətnin adı: Bütün hərflər böyük hərflərlə yazılır
    Məqalənin bütün müəlliflərinin adları, soyadları, iş yeri, təhsil sahəsi, e-poçt ünvanları, mobil telefon nömrələri və məcburi ORCID nömrələri olmalıdır. Müəllifin adı, soyadı, ata adı, mövzunun adı məqalənin tədqim edildiyi dildən əlavə ingilis, rus dillərində də yazılmalıdır.
    Ingilis dilində xülasənin olması məcburidir.
    Mətnlərinizdə XÜLASƏ, AÇAR SÖZLƏR, GİRİŞ, NƏTİCƏ və ƏDƏBİYYAT SİYAHISI ayrı-ayrı başlıqlar altında yazılmalıdır.
    İSTİNAD FORMATI: İstənilən sitat formatından istifadə edə bilərsiniz.
    Cədvəllər və qrafiklər ayrı-ayrılıqda nömrələnməlidir. Mənbə cədvəlin və ya qrafikin düz altında 10 punto şriftlə göstərilməlidir.
    Mətnə bilavasitə aidiyyatı olmayan orijinal sənədlər, şəkillər, xəritələr və oxşar təsvirlər zərurət olmadıqca mətnə ​​daxil edilməməlidir; O nömrələnməli və mətnin sonuna əlavə edilməlidir.
    Məqalə mətnləri ən azı 5000 və ən çoxu 10.000 sözdən ibarət olmalıdır.
    Tam mətn konfransdan sonra, 30 dekabradək shushaconf.shamaxif@gmail.com ünvanına göndərilməlidir.
    Əlaqə:
    Azərbaycan Respublikası, Şamaxı şəhəri
    İş vaxtı: 0900 – 1730
    İş: + 994 20 26 9 61 24
    Mobil: + 994 51 624 50 75


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR