AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bilasuvarda “Heydər Əliyev: azərbaycançılıq ideologiyası” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 24-11-2023, 17:37

    Bilasuvarda “Heydər Əliyev: azərbaycançılıq ideologiyası” mövzusunda elmi-praktik konfrans keçirilib -


    Biləsuvarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev: azərbaycançılıq ideologiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Biləsuvar rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə, öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Konfransda açılış nitqi ilə çıxış edən Salyan-Şirvan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli iştirakçıları salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi ölçüyəgəlməz işlər barədə ətraflı məlumat verib. S.Mənsimli qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Ulu Öndərin təhsil siyasəti dərin milli mənafelər üzərində qurularaq bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət edir.
    Konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib. İcra başçısı bildirib ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. O, bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi ölkəmizin tarixinin yeni dönəmində qarşıda mühüm prioritetlər formalaşdırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur.
    Konfransın panel formatında davam edən hissəsində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva “Heydər Əliyev və Azərbaycan dili”, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova Mövzu: “Azərbaycan ədəbiyyatında ümummilli lider Heydər Əliyev obrazı”, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasəti”, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalıları Şurasının üzvü Əfqan Vəliyev “Heydər Əliyev və Qərbi Azərbaycan”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Elnur Mustafayev “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzularında elmi-praktik çıxışlar etdilər.
    Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR