Koreya Respublikası ilk dəfə NATO-nun noyabrın 27-dən dekabrın 1-dək Estoniyada keçiriləcək kiber koalisiya təlimində iştirak edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, bu il NATO üzvləri və alyans tərəfdaşları da daxil olmaqla, 35 ölkə bu təlimə qatılacaq. Keçən il Koreya Respublikası kiber koalisiyada müşahidəçi qismində iştirak etmişdir.
Qetd edək ki, Cənubi Koreyanın kiber əməliyyatlar komandanlığı bildirib ki, təlimlər NATO ilə bu sahədə əməkdaşlığı gücləndirəcək və “kiberməkanda müharibə” aparmaq üçün potensialı artırmağa imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.