NATO Ukraynada hərbi əməliyyatları intensivləşdirməyə və Kiyevə yardımı artırmağa hazır olmalıdır.
Azadmedia.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Belə ki, “NATO olaraq Ukrayna torpaqlarında şiddətli döyüşlərin getdiyini və ardıcıl dron zərbələri endirildiyini görürük. Artan hərbi əməliyyatlara və yeni hava və raket hücumlarına hazır olmalıyıq. Bu, NATO-ya üzv ölkələrin Kiyevə yardımı artırmasını daha da vacib edir”, - deyə Stoltenberq bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.