Qırğızıstan parlamenti ölkə bayrağının dizaynındakı dəyişikliyi birinci oxunuşda təsdiqləyib. Azadmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin saytında məlumat dərc olunub. Belə ki, qəbul edilən sənəd dövlət bayrağının dizaynında qismən dəyişiklik edilməsini nəzərdə tutur.
Qeyd edək ki, qanun layihəsinin təşəbbüskarlarından biri, deputat Ulan Primovun sözlərinə görə, dəyişikliklə bayrağın üzərindəki dalğayabənzər günəş şüaları düzxətli forma ilə əvəzlənəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.