İsrail tərəfi Qəzza zolağında humanitar atəşkəsə dair radikal HƏMAS hərəkatı ilə əldə olunan razılaşma çərçivəsində noyabrın 28-də daha 30 fələstinli məhbusu azad edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” sosial şəbəkə hesabında bildirib.
Belə ki, “Humanitar atəşkəs sazişinin beşinci günündə götürülmüş öhdəliklərin yerinə yetirilməsi çərçivəsində Qəzzada saxlanılan 10 israilli girovun azad edilməsi müqabilində 30 mülki fələstinli bu gün azad ediləcək”, - deyə əl-Ənsari yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.