AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada nazirlərə bəzi mesencerlərdən istifadə etmək qadağan olunub

  • + A
  • - A
  • 30-11-2023, 09:34

    Fransada nazirlərə bəzi mesencerlərdən istifadə etmək qadağan olunub

    Fransa hökumətinin üzvləri bundan sonra “WhatsApp”, “Telegram” və “Signal” mesencerlərindən istifadə edə bilməyəcəklər.

    Müvafiq sirkulyar respublikanın Baş naziri Elizabet Born tərəfindən imzalanıb.

    Sənəd nazirləri dekabrın 8-dək Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiq edilməyən bütün mesajlaşma proqramlarını cihazlarından silməyə məcbur edir.

    “Əsas ani mesajlaşma servisləri gündəlik ünsiyyətimizdə getdikcə daha vacib rol oynayır. Bununla belə, bu rəqəmsal alətlər təhlükəsizliklə bağlı çatışmazlıqlardan da məhrum deyil”, - deyə sirkulyarda qeyd olunub.

    Nazirlər Kabinetinin üzvlərinə sənəddə ANSSI-dən təhlükəsizlik sertifikatı almış yeganə mesajlaşma platforması kimi təsvir edilən Fransanın “Olvid” mesencerindən istifadə etmək tövsiyə olunur. Onu istifadə etmək üçün telefon nömrəsinə ehtiyac yoxdur.

    Mənbə: TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR