Rusiyanın Ukraynaya bir daha hücum etməyəcəyinə və ölkəmizin NATO-ya qəbul edilib-edilməyəcəyinə heç kim təminat verə bilməz. Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Belə ki, “Təcrübəmizi bütün tərəfdaşlarımızla bölüşürük. Müharibədən keçən bir ölkə olaraq bir daha başlamamaq üçün onu bitirmək istəyirik. Və bunun necə olacağını dəqiq bilmirik. Bu həyatdır, bu da Rusiyadır. NATO-da olub-olmayacağımızı heç kim sizə deməyəcək. Təhlükəsizliyin yüksək olması üçün Ukrayna öz tərəfindən mümkün olan hər şeyi etməlidir”, - deyə Zelenski bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.